Biz Nə Edirik
Azərbaycan Hotel Assosiasiyası (AHA) Azərbaycan hotellərinin təmsil olunduğu üzvlük təşkilatı və güclü səsidir.
Biz beynəlxalq standartların tətbiqini təşviq edirik, qonaqpərvərlik sənayesində keyfiyyətin artırılmasını təbliğ edir və ədalətli rəqabəti təmin etmək üçün hotellər arasında ən yaxşı beynəlxalq və yerli təcrübələri bölüşürük.
Lobbiçilik
Hotellərin fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermək və onlara bu işdə yardım etmək, turizmin inkişafı, davamlılıq və xarici valyuta gəlirlərini təşviq edən effektiv qaydalar və dəstəkləyici qanunları müəyyən etmək üçün hökumət orqanları ilə əməkdaşlıq etmək.
Keyfiyyət artırma
Beynəlxalq qonaqpərvərlik sənayesi standartları və xidmət keyfiyyətinin yüksəldilməsini təşviq etmək və akademik təlim proqramları çərçivəsində beynəlxalq mübadilə proqramları və səfərləri təşkil etmək.
Milli Hotel Ulduz Təsnifatı
HOTREC "Hotelstars Union" təşkilatına (HOTELSTARS.EU) əsasən, rəsmi hotel təsnifatı və ulduz dərəcəsi sistemini qurmaq və ona nəzarət etmək. www.hotrec.eu
Üzvlərin problemləri üzrə advokatlıq
Yerli hotellərdə mövcud olan ümumi problemləri sorğu keçirərək müəyyən etmək, bununla da əhəmiyyətlilik dərəcəsinə görə məsələlərin potensial həll yollarını hazırlamaq.
Təbliğat
Satış və marketinq, əməliyyatlar və əməkdaşlıq sahələrində hotellər arasında daha məhsuldar sinerji təşviq etmək.
Beynəlxalq marketinq
Ölkənin imicini təbliğ etmək, Azərbaycanın milli turizm strategiyasının inkişafında iştirak etmək və töhfə vermək.
Təhsilə dəstək
Mövcud peşə-təlim və qonaqpərvərlik və turizm üzrə ali məktəblərə nəzarət etmək, onları dəstəkləmək və təkmilləşdirmək; beynəlxalq qonaqpərvərlik məktəbləri ilə birgə əməkdaşlıq çərçivəsində yeni təhsil standartlarının və müəssisələrinin yaradılmasına yardım etmək.
Əlaqə
Bütün üzvlərlə ünsiyyət və əlaqə qurmaq (veb səhifə, bülletenlər, görüşlər).